REAL Partiyasının sədri İlqar Məmmədov "Bakupost" TV-yə videomüsahibə verib.
O, müsahibədə Azərbaycanda gözlənilən parlament seçkiləri, qonşu Ermənistan və Gürcüstanda baş verən siyasi proseslər və digər məsələlər haqqında danışıb.
İ.Məmmədov Azərbaycanda parlament seçkilərinin vaxtının qeyri-müəyyən olmasının siyasi partiyalar üçün çətinlik yaratdığını vurğulayıb. Partiya sədri bildirib ki, seçkinin payızda keçirilcək COP29-a qədər və ya gələn ilin əvvəllərində keçiriləcəyi bəlli deyil. Buna rəğmən, o, REAL-ın seçki qərargahı yaratdığı, namizədlərini müəyyən etdiyini bildirib. REAL sədri həmçinin namizədliyini 22 saylı Nəsimi ikinci seçki dairəsindən irəli sürəcəyini bildirib.
Azərbaycan-Ermənistan sülh prosesinə toxunan siyasətçi ölkəmizin Ermənistan konstitusiyasının dəyişidirlməsinə basqı göstərən tərəf kimi çıxış etməsinin zərərli olduğunu bildirib. O, gələcəkdə Ermənistanda hakimiyyətə gələn qüvvələrin bundan bəhanə kimi istifadə edə biləcəyini deyib. İ.Məmmədov Azərbaycanın bu məsələdə təzyiq göstərməsinin digər mənfi nəticələrindən də danışıb və bildirib ki, bu səbəbdən Ermənistanda referenduma az adam gələ, bu isə sülhə prosesinə ciddi zərbə vura bilər.
REAL sədri həmçinin Azərbacyanda taksi xidməti sahəsində məhdudlaşdırıcı tədbirlərdən danışıb və hökumətin siyasətini tənqid edib.
Ətraflı videoda...
Zahid Nurəliyev
BakuPost