Ru
15:00 / 29 Aprel 2025

"Biz İranla yaxınlaşmalıyıq" - Aqil Abbas

"Biz İranla yaxınlaşmalıyıq" - Aqil Abbas
Eye

Xəbər verdiyimiz kimi, aprelin 28-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycanda səfərdə oldu. Onun Prezident İlham Əliyevlə görüşü zamanı hökumətlərarası komissiyanın fəaliyyəti, energetika, xüsusilə elektrik enerjisi sahəsində əməkdaşlıq imkanları, Araz çayı üzərində su elektrik stansiyalarının tikintisi, Ağbənd-Kəlalə avtomobil körpüsü layihəsi və digər məsələlər müzakirə edildi.
Həmçinin iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı ilə bağlı fikir mübadiləsi də aparıldı.

Bəs, Azərbaycanda bu görüşün yekunları necə qiymətləndirilir?

Siyasi ekspert Qabil Hüseynli Bakupost.az-a açıqlamasında bildirib ki, prezidentlərin görüşü region üçün strateji əhəmiyyət kəsb edir:


“Bütün dünyanın diqqəti buraya yönəlmişdi və tərəflər bir-birilə münasibətlərin bundan sonra qardaşlıq səviyyəsinə qaldırılması üçün səylərini əsirgəməyəcəklərini bildirdilər. Üstəlik, tərəflər arasında çoxşaxəli əlaqələr - sənaye, ticarət, logistika və bir çox sahələrdə ikitərəfli münasibətlərin genişləndirilməsi, bunun daha yüksək səviyyəyə qaldırılması imzalanmış sənədlərdə əksini tapdı. Mənim zənnimcə, irəliyə doğru böyük bir addım atıldı”.

Milli Məclisin deputatı Aqil Abbas da görüşü şərh edərkən İranla əlaqələrin inkişafını müsbət qiymətləndirib:


“İranla dostluğumuz artırılmalıdır. İran qapıbir dostumuzdur. Orada 40 milyona yaxın azərbaycanlı qardaşımız yaşayır. İranla birgə tariximiz, birgə mədəniyyətimiz, Pezeşkianın dediyi kimi, birgə mətbəximiz var. Ümumiyyətlə, uzaq qohumdan yaxın qonşu yaxşıdır. İndi biz də qonşuyuq və ortaq adət-ənənələrimiz, tariximiz var. Görüşdə danışıldı ki, birgə investisiya qoyulacaq, iş adamları birgə layihələr hazırlayacaq. Hətta möhtərəm Prezidentimiz dedi ki, Qarabağda geniş quruculuq işləri gedir, iranlı iş adamları, investorlar da orada iştirak edə bilər və s. Bu baxımdan İranla münasibətlərin düzəlməsi sevindirici haldır. Biz İranla yaxınlaşmalıyıq”.

Lalə, BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar