Ru
20:11 / 07 Yanvar 2025

"Biz satılmamışıq və heç vaxt satılmayacağıq"

"Biz satılmamışıq və heç vaxt satılmayacağıq"
1531

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bildirib ki, kiçik Donald və onun nümayəndə heyətini Qrenlandiyada çox gözəl qarşılayıblar.

Bakupost.az TASS-a istinadən xəbər verir ki, Tramp Danimarka muxtariyyətinin Birləşmiş Ştatlara daxil olması üçün razılaşmanın zəruriliyini təkrarlayıb.

"Kiçik Donald və mənim nümayəndələrim Qrenlandiyaya endi. Onlar gözəl qarşılandılar. Onların (Qrenlandiyanın) və azad dünyanın təhlükəsizlik, müdafiə, güc və sülhə ehtiyacı var. Bu sövdələşmə baş verməlidir. Gəlin Qrenlandiyanı yenidən güclü edək", - deyə Tramp Truth Social səhifəsində yazıb.

Bundan əvvəl Danimarkanın Baş naziri Mette Frederiksen Qrenlandiyanın satılmadığını, adanın gələcəyini onun sakinlərinin müəyyən etməli olduğunu bildirmişdi. O, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın “Qrenlandiyanın sahibi dəyişməlidir” fikrini rədd etmişdi.

Qeyd edək ki, 2024-cü ilin sonunda Tramp Vaşinqtonun Qrenlandiyaya nəzarət etməli olduğunu bildirib. O, " Birləşmiş Ştatlar hesab edir ki, Qrenlandiyaya sahib olmaq və ona nəzarət etmək çox zəruridir", - deyə Truth Social səhifəsində yazıb. Buna cavab olaraq Qrenlandiyanın Baş naziri Mute Egede vurğulayıb ki, "biz satılmamışıq və heç vaxt da satılmayacağıq".

Zaur, BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar