Hansı bank etibarlıdır? - SORĞU
Ru
11:31 / 22 İyul 2024

Bizim mediamız Yusif kişi idi!

7704

İlham Əziz
Yazıçı



“Jurnalistlər günü!

Uşaq vaxtı evimizə həmişə qəzet gəlirdi. Kəndin poçtalyonu vardı, Yusif kişi.

Bizə “Azərbaycan müəllimi” “Kommunist”, “Sovetskiy Sport” qəzetləri, “Azərbaycan” jurnalı gəlirdi. Rus dilini “Sovetskiy Sport”dan, oxumağı, tələbkarlığı “Kommunist”dən, indiki ədəbiyyat xəstəliyini də “ Azərbaycan” jurnalından əxz eləmişəm.

Yusif kişi, həm qəzet paylayırdı, həm “posılka” göndərirdi, həm pensiya gətirirdi, həm də məktub…
Məktublarla bəzən sevgi də daşıyırdı. Bəlkə elə həmin məktubların saflığından, müqəddəsliyindəndir ki, Yusif kişini kənddə bu gün də hamı çox istəyir.

Bizim mediamız Yusif kişi idi!

Sonra olanlar oldu, sovet çökdü, müharibə, aclıq, səfalət…

Qəzetlər dəyişdi, doğmaları gəldi.

İndi qəzetlər diktə etmirdi, sənin dərdini danışırdı, aləmə haray çəkirdi.

“Azərbaycan”, “Azadlıq”, ”Yeni Müsavat”, “7 gün”, “525”, “Müxalifət” və s.

Son qəpiyimizi verib, aldığımız qəzetlər!

“ANS”, “Sara” və başqa TV kanalları.


Yeni dövrlə yeni jurnalist nəsli yetişdi, cəsur, ağıllı, fədakar. Biz onda bildik, jurnalist nə deməkdir.

Sonra inkişaf başladı, TV-lər, qəzetlər, radiolar və s. çoxaldı.

İndi tələb başqadır, indiki insan özü də jurnalistdir, hər an hər şey yaza bilir, çəkib yaya bilir.

İndi peşəkar jurnalist çətin məsələdir. Bir neçə dil bilməlisən, sahəyə vaqif olmalısan, dünyadan xəbərin olmalıdır.
Varmı bizdə elələri, əlbəttə var!

Hələ lap çox olacaq!

İlin günün bu vaxtında dünyanın qaynar nöqtələrində ölən, azad söz uğrunda həbsdə yatan jurnalistlər var!
Kaş heç biri olmaya!

İndi hər şey inkişaf edir, hər şey artır.

Jurnalistika da inkişafdadır!


Mənim arzum odur ki, mediamız Yusif kişi kimi sevimli, hamıya can yandıran, ədalətli olsun!

Əziz jurnalistlər, hamınızı təbrik edirəm!”.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar