Ru
13:28 / 25 Sentyabr 2024

Blinken Bayramov və Mirzoyanla görüşəcək

693
ABŞ dövlət katibi Entoni Blinkenin sabah Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə sülh danışıqlarını “son mərhələyə” çatdırmaq üçün görüşü gözlənilir.

Bakupost.az xəbər verir ki, bu barədə vəziyyətlə tanış olan iki mənbə TURANın Vaşinqton müxbirinə bildirib.

Bununla belə, “son mərhələnin” nədən ibarət oldugu və nəticəsinin necə olacağı hələ də bəlli deyil. Dövlət Departamenti bununla bağlı hər hansı şərh verməyib.

Nazirlər Ararat Mirzoyan və Ceyhun Bayramov BMT Baş Assambleyasının debatlarında iştirak etmək üçün hazırda Nyu-Yorkdadırlar.

Sabah gözlənilən danışıqlar Blinkenin üç aydan az müddətdə ABŞ-da azərbaycanlı və erməni həmkarları ilə ikinci üçtərəfli görüşü olacağ.

Dövlət Departamentinin sözçüsü Metyu Miller TURANın Vaşinqton müxbirinə bildirib ki, tərəflər sülh sazişi üzərində işlədiyi bir vaxtda ABŞ Azərbaycan və Ermənistana "mümkün olan istənilən yolla", "faydalı olarsa, yeni görüşün təşkil edilməsi də daxil olmaqla" dəstək vermək niyyətindədir.

Miller gündəlik brifinqdə deyib: "Biz hər iki ölkənin davamlı və layiqli sülh razılaşması əldə etmək səylərini dəstəkləməyə davam edirik".

Dövlət Departamentinin məlumatına görə, Blinken bu yaxınlarda Azərbaycan və Ermənistan liderləri ilə ayrı-ayrılıqda danışıb və tərəflər arasında son nailiyyətləri, o cümlədən sərhədlərin delimitasiyası ilə bağlı razılaşmanı “alqışlayıb”.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar