Ru
21:48 / 26 Noyabr 2024

Blinken: Çinə qarşı güc mövqedən çıxış edəcəyik

Blinken: Çinə qarşı güc mövqedən çıxış edəcəyik
Eye

ABŞ və onun Qərb müttəfiqləri Çinə qarşı güc mövqedən çıxış etməyə çalışacaqlar.

Bakupost.az TASS-a istinadən xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Entoni Blinken Romada “Yeddilik” ölkələrinin xarici işlər orqanları rəhbərlərinin görüşünün yekunlarına dair mətbuat konfransında deyib.

“Birləşmiş Ştatlarda ölkəmizə qoyduğumuz tarixi sərmayələr, eləcə də xaricdəki tərəfdaşlığımız sayəsində indi Çinə və onun yaratdığı çətinliklərə güc mövqeyindən yanaşırıq və bunu növbəti Prezident Donald Trump administrasiyaya da ötürməyimiz mümkündür", - Bilinken deyib.

Son illərdə ABŞ Çinə qarşı müxtəlif iqtisadi məhdudiyyətlər tətbiq edir. Pekin bu cür tədbirlərə qəti şəkildə qarşı olduğunu bildirir və xatırladır ki, son bir neçə ildə Vaşinqton qlobal hegemonluğunu təmin etmək üçün ixrac məhdudiyyətlərindən sui-istifadə edib.

Zaur, BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar