ABŞ dövlət katibi Entoni Blinken və ABŞ müdafiə naziri Lloyd Ostin hesab edirlər ki, vəzifəsini tərk edən Vaşinqton administrasiyası ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və komandasına Ukrayna məsələsində Rusiya Federasiyana təsir rıçaqları verib.
Bakupost.az xəbər verir ki, bu barədə onların “The New York Times” üçün yazdığı məqalədə deyilir.
Materialda ABŞ prezidenti Co Bayden administrasiyasının və onun müttəfiqlərinin demokratın prezidentlik dövründə Kiyevi dəstəkləmək səyləri sadalanıb.
“Bütün bunlar həm Ukrayna, həm də ABŞ-ın növbəti administrasiyası üçün təsir rıçaqları yaratdı”, - deyə Blinken və Ostin bildirib.
Onlar hesab edirlər ki, Tramp administrasiyası Kiyevin şərtləri ilə Ukraynadakı münaqişəni dayandırmaq və Rusiyanı daha da cilovlamaq üçün bu vasitələrdən istifadə etməlidir.
Daha əvvəl Dövlət Departamentində çıxış edən Bayden Trampın Kiyevi dəstəkləməsi üçün əsas yaratdığını bildirib.
Zaur, BakuPost