Ru
19:30 / 07 Yanvar 2025

Bloomberg: Avropanın qaz ehtiyatları sürətlə tükənir

Bloomberg: Avropanın qaz ehtiyatları sürətlə tükənir
1224

Avropada qaz ehtiyatları son yeddi ildə heç vaxt olmadığı qədər sürətlə tükənir.

Bakupost.az xəbər verir ki, bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Avropa ölkələrində qazın kəskin çatışmazlığı riski yoxdur. Lakin ehtiyatların sürətlə azalması qiymətlərə təsir edə və növbəti istilik mövsümü üçün ehtiyat toplamaq çətinləşə bilər.

Bloomberg həmçinin Gas Infrastructure Europe-un məlumatlarını təhlil edib. Alınan nəticələrə əsasən, qaz anbarlarında ehtiyatın 25 faiz azaldığı müəyyən edilib. Bu cür pik göstərici sonuncu dəfə 2018-ci ildə qeydə alınıb.

Bundan əlavə, agentlik vurğulayıb ki, hazırda Avropanın şimal-qərbində əksər ölkələrdə hava normadan daha soyuqdur. Bu amil yaxın günlərdə qaz ehtiyatlarının anbarlardan çıxarılmasına səbəb ola bilər. Bu, həm də Avropa ölkələri vətəndaşlarının istiliyə olan tələbatının artması ilə də bağlıdır.

Lalə, BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar