Ru
22:48 / 17 Fevral 2025

Bloomberg: Rusiya Suriyada hərbi mövcudluğunu saxlamaq istəyir

Bloomberg: Rusiya Suriyada hərbi mövcudluğunu saxlamaq istəyir
Eye

Rusiya Suriya hakimiyyət dəyişikliyinə baxmayaraq, o cümlədən hərbi bazalarını da əhatə etməklə hərbi varlığını qoruyub saxlayacaq.

Bakupost.az xəbər verir ki, bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, Rusiya tərəfi Suriyanın yeni hökuməti ilə razılaşmaya yaxındır. Bu razılaşma Moskvaya bəzi kadr və texnikanı ölkədə saxlamağa imkan verməlidir. Nəşr vurğulayır ki, Rusiya Suriyada keçmiş dövlət başçısı Bəşər Əsəd devrilməmişdən əvvəl ona məxsus olan dəniz və hava qüvvələri bazalarına nəzarəti saxlaya bilər.
Qeyd edək ki, fevralın 15-də Suriya keçid hökumətinin xarici işlər naziri Əsəd Həsən əl-Şibani bəyan edib ki, Suriya ilə Rusiya arasında münasibətlərin gələcəyi yalnız Suriya xalqının iradəsi ilə müəyyənləşəcək.

Lalə, BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar