Ru
18:12 / 18 Fevral 2025

Bloomberg Tramp-Putin görüşünün VAXTINI AÇIQLADI

Bloomberg Tramp-Putin görüşünün VAXTINI AÇIQLADI
Eye

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüş gələn həftə baş tuta bilər.

Bakupost.az xəbər verir ki, bu barədə “Bloomberg” fevralın 18-də mənbəni açıqlamadan məlumat yayıb.

Xatırladaq ki, bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Rusiya və ABŞ nümayəndə heyətləri arasında danışıqlar keçirilib. Rusiya görüşü tərəflərə əsas prinsipləri başa düşməyə imkan verəcək məsləhətləşmələr kimi xarakterizə edir.

Qeyd olunub ki, danışıqlar yüksək səviyyədə keçib. Görüşdə Rusiya tərəfdən xarici işlər naziri Sergey Lavrovla prezidentin köməkçisi Yuri Uşakov, ABŞ tərəfdən isə milli təhlükəsizlik müşaviri Mayk Uolts, dövlət katibi Marko Rubio və Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff iştirak ediblər.

Lalə, BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar