Ru
14:57 / 04 Fevral 2025

BMT ABŞ tariflərinin qlobal iqtisadiyyata təsirindən narahatdır

BMT ABŞ tariflərinin qlobal iqtisadiyyata təsirindən narahatdır
627



BMT, ABŞ-ın Meksika, Kanada və Çinə qarşı tətbiq etdiyi yeni tariflərin mümkün iqtisadi nəticələrindən narahatdır. Qlobal iqtisadiyyatı artıq aşağı artım dövrünü yaşayır və artan ticarət maneələri həssas qruplar üçün vəziyyəti daha da pisləşdirə bilər.

Bakupost.az xəbər verir ki, bunu BMT-nin rəsmi nümayəndəsi Stefan Düjarrik Nyu-Yorkda keçirilən gündəlik brifinqdə jurnalistin sualına cavab olaraq bildirib.

Düjarrik əlavə edib ki, ticarət məhdudiyyətlərinin artmasına baxmayaraq, əksər ölkələr hələ də Dünya Ticarət Təşkilatının qaydalarına əməl edir və bu, qlobal iqtisadiyyatda sabitliyə və etimada töhfə verir.

BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin nümayəndəsi Qriqor Ağabekyanın fikrincə, daha yüksək tariflərin və əlavə ticarət məhdudiyyətlərinin tətbiqi dəyər zəncirini poza, istehsal fəaliyyətinə və transsərhəd investisiyalara xələl gətirə, idxal qiymətlərinə təsir göstərə və inflyasiyanı artıra bilər.

Lalə, BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar