BMT Təhlükəsizlik Şurası Suriyanın sahilyanı ərazilərində zorakılığı pisləyən bəyanat layihəsini üzv dövlətlərlə razılaşdırıb.
Bakupost.az xəbər verir ki, bu barədə diplomatik mənbələrə istinadən "Reuters" agentliyi məlumat yayıb.
Sənəddə Suriyanın müvəqqəti hakimiyyət orqanları etnik və dini mənsubiyyətindən asılı olmayaraq ölkənin bütün vətəndaşlarının müdafiəsini təmin etməyə çağırılır.
"Reuters" qeyd edir ki, Təhlükəsizlik Şurasının üzvləri elan olunacaq bəyanatla bağlı konsensus əldə ediblər.