Ru
21:10 / 31 İyul 2024

BMT TŞ HƏMAS liderinin qətli ilə bağlı fövqəladə iclas keçirəcək

BMT TŞ  HƏMAS liderinin qətli ilə bağlı fövqəladə iclas keçirəcək
Eye

HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Həniyyənin İranda öldürülməsi ilə bağlı BMT Təhlükəsizlik Şurası iyulun 31-də fövqəladə iclas keçirəcək.

Bakupost/az APA -ya istinadla xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski məlumat verib.

Məlumatda qeyd olunur ki, Çin, Əlcəzair və Rusiyanın dəstəyi və İranın xahişi ilə Nyu-York vaxtı ilə saat 16:00-da HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İ. Həniyyənin öldürülməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını təyin edilib.

Qeyd edək ki, iyul ayında BMT TŞ-na Rusiya Federasiyası rəhbərlik edir.



Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar