Ru
23:35 / 09 Aprel 2025

BMW 12 metrlik körpüdən düşdü, ölən olmadı - ŞOK VİDEO

BMW 12 metrlik körpüdən düşdü, ölən olmadı - ŞOK VİDEO
Eye

İndoneziyada Rudi Heru Komandono adlı sürücü və sərnişini Google xəritədən istifadə edərək istiqaməti təyin edərkən yarımçıq körpüdən yıxılaraq yüngül xəsarətlər alıblar.

Bakupost.az xarici KİV-ə istinadən xəbəre verir ki, naviqasiya proqramının göstərdiyi yeni və yarımçıq yolda hərəkətdə olan Rudinin avtomobili beton maneələrdəki boşluğa girərək 12 metr hündürlükdən yıxılıb. Qəzadan sonra səlahiyyətlilər boşluğu bağladıqlarını və xəbərdarlıq lövhələri quraşdırdıqlarını bildirib.

Hadisə aprelin 9-da gecə baş verib. Rudi BMW 3 Series avtomobilini dostunun yaşadığı ünvana sürərkən smartfonunda naviqasiya proqramından istifadə edib. Google xəritə sürücüyə yeni və yarımçıq yol boyunca marşrutu göstərib. Avtomobilin ekranındakı qarışıq istiqamətlərdən çaş-baş qalan Rudi beton maneələrdəki boşluqdan keçərək qadağan olunmuş əraziyə daxil olub.

Qəzadan sonra danışan Rudi, "Yol qəfil qaranlıqlaşmağa başladı. Sonra avtomobil körpüdən düşdü. Bu mənim günahım deyildi, telefonumda GPS-i izləməyə çalışırdım" deyib.
Son zamanlar dünyanın müxtəlif yerlərində oxşar qəzalar baş verib. Seulda motosikletçi qəfil açılan çuxura düşərək ölüb, Braziliyada isə aşmış tanker bir çox avtomobilin yanmasına səbəb olub.

Amin Rızayev,BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar