Ru
12:02 / 24 Dekabr 2024

"Bölgədə ciddi təhlükə yarana bilər" - Açıqlama

"Bölgədə ciddi təhlükə yarana bilər" - Açıqlama
1010


"Qarşıdakı dövrdə sülh müqaviləsinin imzalanması yönündə müsbət irəliləyişlər ola bilər. Müəyyən nikbin proqnozlar vermək mümkündür. Amma təəssüf ki, Ermənistan da müstəqil siyasət yürütmür, Qərbin və Avropanın təzyiqi altında sülh prosesində geriləmələr və ləngimələr yaradır, konstruktiv mövqe nümayiş etdirmir. Əlbəttə ki, proseslər belə davam edər və Ermənistan kütləvi şəkildə silahlanarsa, Fransa, Hindistan, digər Qərb dairələrinin köməyi ilə öz hərbi arsenalını inkişaf etdirməyə çalışarsa, bu, gələcəkdə bölgədə ciddi təhlükələr yarada bilər”.

Bunu Bakupost.az -a politoloq Sahil Kərimli bildirib.

O qeyd edib ki, Azərbaycan dövləti uzun müddətdir ki, sülhə üstünlük verir. Bütün resurslarını bu istiqamətə yönəldir. Dəfələrlə ən ali səviyyədə bəyən olunub ki, Azərbaycan yeni müharibə istəmir:

"Azərbaycan bölgədə sülh və təhlükəsizlik, əmin-amanlıq istəyir. Bu prosesə mane olmağa çalışanlar Ermənistan və onun havadarlarıdır. Bu baxımdan Ermənistan, həqiqətən də, sülh istəməsə, paralel olaraq hərbi təhdidlər yaradarsa, bu zaman münaqişələrin ola biləcəyi ehtimal edilir. Çünki Azərbaycan tərəfi ölkəmizə, ərazi bütövlüyümüzə qarşı hər hansı təhlükə, təhdid olarsa, buna ən ağır formada qarşılıq verəcəkdir. Bu da bölgədə yeni münaqişə, müharibənin yarana biləcəyinə səbəb olacaq. Amma istənilən halda, hətta belə bir münaqişə yaranarsa, yenə də itirən Ermənistan olacaq".

Sevinc,
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar