Ru
18:05 / 28 Yanvar 2025

Boşandığı deyilən Castin Biber həyat yoldaşı ilə - FOTO

Boşandığı deyilən Castin Biber həyat yoldaşı ilə - FOTO
Eye


Müğənni Castin Biber və həyat yoldaşı Heyli Biber aralarındakı problemlərlə bağlı yayılan şayiələrdən sonra Los-Ancelesdəki "Laugh Factory" komediya klubunda vaxt keçiriblər.

Bakupost.az xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.

Klubda cütlüyün dostu, müğənni Teyt MakRey də qonaqlar arasında görüntülənib.
Pop-müğənni həyat yoldaşı ilə foto paylaşmasa da, onun komediyaçılar Nikki Paris, Ruben Pol və Amir K ilə poz verdiyi görüntülər internetdə yayılıb.

Castin Biberin pərəstişkarları bu yaxınlarda onun instaqramda həyat yoldaşı Heyli Biberi izləməyi dayandırdığını görmüşdülər. Daha sonra müğənni şəxsi bloqunda açıqlama verərək, kiminsə onun hesabına daxil olaraq bunu etdiyini yazdı. Bir müddət sonra isə o, bu paylaşımı sildi.

Lalə, BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar