Hansı bank etibarlıdır? - SORĞU
Ru
11:45 / 02 Avqust 2024

Boşanma qərarından sonra hamilə olduğunu açıqladı - 7 illik evlilik bitir - FOTO

4404
Dünyaca məşhur reper Kardi B. boşanmaq qərarına gəlib.

Bakupost.az xəbər verir ki, mahnıları və geyimləri ilə tez-tez müzakirələr yaradan Kardi B. 2017-ci ildə həmkarı Offset ilə ailə həyatı qurub. Uzun müddətdir xoşbəxt evliliyi olan və 2 uşaq dünyaya gətirən Kardi boşanmaq qərarına gəlib.

Boşanma qərarını reperin nümayəndəsi də təsdiqləyib. O, bundan sonra həyatına təkbaşına davam edəcək.

31 yaşlı müğənni Instagram hesabında paylaşım edərək hamilə olduğunu da açıqlayıb.

Qarnı ilə poza verən Kardi B deyib:

"Hər sonluqla yeni bir başlanğıc gəlir! Bu mövsümü səninlə paylaşdığım üçün çox minnətdaram, mənə daha çox sevgi, daha çox həyat gətirdin və ən əsası, gücümü yenilədin! Mənə hər şeyə sahib ola biləcəyimi, xatırlatdın! Səni çox sevirəm”.




Aygün
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar