Ru
12:06 / 12 Mart 2025

"Boşanmaların 70 faiz təşəbbüskarı qadınlardır" - Taliyə İbrahimova

"Boşanmaların 70 faiz təşəbbüskarı qadınlardır" - Taliyə İbrahimova
Eye

Azərbaycanda boşanmaq üçün təşəbbüs göstərənlərin 70 faizi qadınlardır.

Bakupost.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin təşkil etdiyi “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ailə, qadın və uşaq hüquqları – konstitusion hüquqların əsas prioriteti kimi” mövzusunda ictimai dinləmədə bildirib.

“Bunun səbəbi nədir? Məişət zorakılığı faktları var. Onlar xasiyyətlərin uyuşmamasını əsas gətirir. Görünür, daha dərin səbəblər var. Ailə qanunvericiliyi ilə bağlı yeni dəyişikliklər paketini hazırlamışıq. Bu yaxın zamanda Milli Məclisə təqdim olunacaq.

Adam oğurluğu cinayətlərinin əksəriyyəti qızqaçırma hallarıdır. Bunlar onu göstərir ki, ailə, qadın və uşaq hüquqları sahəsində qanunvericilik təkmilləşdirilməlidir”, - deyə T.İbrahimova qeyd edib.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar