Ru
10:28 / 27 İyun 2024

Bostan bitkilərinin arasında çətənə kolu yetişdirən şəxs tutuldu - FOTO

1189
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Taleh Əlimov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakupost.az -a bildirilib ki, Aşağı Layısqı kəndində onun yaşadığı evin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilən, çəkisi 20 kiloqram olan 44 ədəd çətənə kolu aşkarlanıb. T.Əlimov narkotik tərkibli bitkiləri aprel ayında qazanc əldə etmək məqsədilə əkdiyini və xüsusi qulluq göstərdiyini bildirib. Saxlanılan şəxs çətənə kollarının kənardan görünməməsi üçün ətrafında bostan bitkiləri də becərib.


Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə T.Əlimov barəsində həbs qətimkan tədbiri seçilib.
Bostan bitkilərinin arasında çətənə kolu yetişdirən şəxs tutuldu - FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər