Ru
15:06 / 21 Yanvar 2025

"Boynlarına torba salıb pul dilənirlər..." - Aydın Quliyev

"Boynlarına torba salıb pul dilənirlər..." - Aydın Quliyev
943


“ABŞ-Ermənistan strateji tərəfdaşlıq sazişində ciddi məqamlarla bərabər, qeyri-ciddi və gülüş doğuran maddələr də var. Məsələn, sazişdə tərəflər "qarşılıqlı investisiya imkanlarını araşdıracaqlarını" ifadə ediblər. Qeyri-ciddilik burada nədədir? ABŞ-ın bütün dünyaya sərmayə yatırmaq gücündə olduğunu bilirik. Bəs Ermənistan hansı gücü ilə ABŞ-da yatırım edəcək? Boynlarına torba salıb dünyada pul dilənən bir ölkə ABŞ iqtisadiyyatı üçün nə edə bilər?"

Bunu Bakupost.az -a siyasi şərhçi Aydın Quliyev bildirib.

O, sazişdə ikinci qeyri-ciddi məqamın "Ermənistanın dünyadakı sülhsevər əməliyyatlarda iştirakı və töhfəsi" ilə bağlı olduğunu vurğulayıb:

"Nümunə kimi Ermənistanın "sülh əsgərlərinin" Əfqanıstanda, İraqda, Livanda, Kosovada və Malidə fəaliyyət göstərdiyi "deyilir. Bəs, Suriya niyə bu siyahıda yoxdur? Ermənistan ordusunun 2015-ci ildən sonra bir batalyonunun Suriyada Rusiyanın və Bəşər Əsədin "sülh əməliyyatlarında" iştirakını nə əcəb Sazişə salmayıblar? Ermənistan ABŞ-ın yanında olduğu halda sülhə xidmət etmiş olur, ancaq Rusiyanın yanında olduğu hallarda beynəlxalq terrorla mübarizəyə "töhfə verə bilmir"?! Ermənistan bir-birinə düşmən olan ABŞ və Rusiyanın hır ikisinin yanında "sülhsevər əməliyyatlara" necə qatılıb? Qatılıbsa, bu böyüklükdə ziddiyyəti niyə görməzdən gəlirlər?"

Aydın Quliyevin sözlərinə görə, Ermənistan rəhbərliyi saxtakarlığa yol verərək, sazişinin mətnində dəyişiklik ediblər:

"Sazişin ilkin varinatında "2023- cü ilin sentyabrından sonra yerini dəyişmiş əhalidən" söhbət getdiyi halda, saxtakarlar oraya "Azərbaycanın Dağlıq Qarabağı işğal etməsi nəticəsində deportasiya olunmuş erməni əhalisi" ifadəsini səlavə ediblər:

"Giya ermənilər deportasiya olunub və guya Azərbaycan "Dağlıq Qarabağı" işğal edib".

Sevinc,
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar