Böyük Britaniyanın Müdafiə Nazirliyi Modini şirkəti ilə uzaq mənzilli kamikadze pilotsuz təyyarələrin tədarükü üçün müqavilə bağlayıb.
Bakupost.az APA-ya istinadən xəbər verir ki, naməlum sayda Modini şirkəti pilotsuz təyyarələri alınacaq. Müqavilə əsasən 24 ay ərzində cəmi 7,5 milyon funt sterlinq (9,4 milyon dollar) dəyərində naməlum sayda pilotsuz təyyarələrin tədarükü nəzərdə tutulur.
Belə ki, məlumat tam açıqlanmasa da, şirkətin yeganə məlum layihəsi Dart 250-dir. Bu, 250 km-dən çox uçuş məsafəsi və 25 kq-a qədər faydalı yük daşıyan reaktiv pilotsuz təyyarədir. Bundan əlavə, o, uçuşdan sonrakı ərazi ilə bağlı inkişaf etmiş naviqasiya sisteminə malikdir.