Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib.
Bakupost.az xəbər verir ki, yenilənmiş siyahı Britaniya hökumətinin saytında dərc olunub.
Qeyd edilib ki, sanksiyalar Rusiyanın 40 gəmisini əhatə edir.
Bundan əvvəl Böyük Britaniyanın Baş naziri Kir Starmer bəyan etmişdi ki, Böyük Britaniyanın yeni sanksiyalar siyahısına banklar, “kölgə donanması” və Çin şirkətlərinə qarşı məhdudiyyətlər daxildir.
Starmer əlavə edib ki, fevralın 24-də G7 ölkələrinin liderləri ilə əlavə məhdudiyyətləri müzakirə etməyi planlaşdırır. Onun sözlərinə görə, bu məhdudiyyətlər Rusiya neftinin yeni qiymət tavanına və “neft nəhəngləri və banklarına”a qarşı sanksiyaları əhatə edəcək
Rusiya Dövlət Dumasının Beynəlxalq İşlər Komitəsinin sədri, Liberal Demokrat Partiyasının lideri Leonid Slutski Britaniya hakimiyyətinin Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək planlarını uğursuz “piar kampaniyası” adlandıraraq, bunun çətin ki, ABŞ administrasiyasının Ukrayna ilə bağlı mövqeyini dəyişəcəyini bildirib.
Lalə, BakuPost