Ru
21:40 / 01 Oktyabr 2024

Böyük müharibə: İsrailə raket hücumunun ikinci dalğası başladı -YENİLƏNİR

Böyük müharibə: İsrailə raket hücumunun ikinci dalğası başladı -YENİLƏNİR
3710

İİan ərazisindən İsrailə raket zərbələri endirilir.

Bakupost.az xəbər verir ki, bu barədə İsrailin ordusunun mətbuat xidməti məlumat yayıb.

İran tərəfindən İsrailə 100-dən çox ballistik raket atılıb.

Hazırda İsrail hava hücumundan müdafiə sistemləri İran raketlərini zərərsizləşdirir.

Son məlumata görə, İran İsrailə 400-dən çox raket atıb.

***
İranın atdığı raketlərin bəziləri Tel-Əvivdəki hədəfləri vurub. İsrail mediası şəhərin mərkəzində güclü partlayışların baş verdiyini yazır.

İran mediasının məlumatına görə, "Hizbullah" da İsrailə hücum edib. Bundan əlavə, rəsmi Tehranın yaxın vaxtlarda hücumla bağlı açıqlama verəcəyi bildirilir.
***

İranın İsrailə raket hücumlarının ikinci dalğası başlayıb.

Bakupost.az xəbər verir ki, bu barədə İranın İLNA xəbər agentliyi bildirib.

İsrailə qarşı raket atışları eyni vaxtda İran və Livandan həyata keçirilir.

“Reuters” xəbər verir ki, atışma İranın ali dini lideri Ayətullah Əli Xamneyinin göstərişi ilə həyata keçirilib.

"İsrail cavab verərsə, biz onlara min qat daha çox zərbə vuracağıq. İsmail Haniyə, Seyid Həsən Nəsrullah və Abbas Nilforuşanın qətlinə cavab olaraq biz sionist işğalçı qurumun tam ürəyinə zərbə vurduq. Əgər İsrail cavab versə, biz onlara min qat daha çox zərbə vuracağıq”, - deyə İslam İnqilabı Keçikçiləri Qvardiyasının bəyanatında deyilir.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar