Britaniyanın BP şirkəti xərclərin azaltmaq üçün 4,7 min iş yerini ixtisar edəcəyini açıqlayıb. Bu da 3000-ə minə yaxın podratçının işini itirməsinə səbəb olacaq.
Bakupost.az xəbər verir ki, bu barədə "Bloomberg" şirkətin baş icraçı direktoru Mürrey Oçinklossa istinadən məlumat yayıb.
Oçinkloss işçilərə müraciətində bu dəyişikliklərin, iş yerləri təhlükə altında olan hər kəs üçün qeyri-müəyyənlik yaradacağını etiraf edib. O, işçiləri, xüsusən də dəyişikliklər zamanı "bir-birlərinə qayğıkeş və diqqətli olmağa" çağırıb və onlara işçilər üçün mövcud olan "geniş dəstək" imkanlarını xatırladıb.
Onun sözlərinə görə, 2025-ci ildə və sonrakı illərdə xərclərin azaldılması üçün əlavə tədbirlər nəzərdə tutulur. 2024-cü ilin iyun ayından etibarən şirkət səylərini ən gəlirli layihələrə yönəldərək 30 layihəni dayandırıb və ya tamamilə ləğv edib.
BP-nin gələcək strategiyasının əsas istiqamətlərindən biri rəqəmsallaşmaya və süni intellektin bütün bölmələrdə tətbiqinə fokuslanmaqdır.
Lalə, BakuPost