“Flamenqo” klubu Juninyonun transferi üçün “Qarabağ”a ikinci təklifi göndərib.
Bakupost.az xəbər verir ki, bu barədə Brazliyanın “Bola VİP” nəşri məlumat yayıb.
Bildiirilib ki, Ağdam klubu Rio-De-Janeyro təmsilçisinin 4 milyonluq ilkin təkifinə rədd cavabı verib. Bu gün braziiyalılar məbləği artırmaqla ikinci təklifi irəli sürüblər.
Bu dəfə onlar təzminat olaraq “Qarabağ”a 5 milyon avro təklif ediblər. Klub futbolçunu tezliklə həyətinə qatmaq istəyir
Hazırda “Flamenqo” rəhbərliyi “Qarabağ”dan cavab gözləyir. Bakı və Rio arasında 7 saatlıq zaman fərqi isə danışıqları bir qədər ləngidir.
Qeyd olunur ki, Juninyo özü “Flamenqo”da oynamaq istəyir. Buna görə də o, “Sevilya”nın (İspaniya) təklifini rədd edib.
Braziliyadakı başqa qaynaqlar iddia edib ki, “Qarabağ” “Flamenqo”dan 6 milyon avro tələb edir. Amma Rio təmsilçisi qızıl ortanı tapmaq üçün 5 milyon təklifi irəli sürüb.
Bir sözlə, hazırda bazarlıq davam edir.