Braziliyada yaşayan britaniyalı jurnalist təxminən iki həftədir itkin düşüb.
Bakupost.az xəbər verir ki, CNN Braziliyada Xarici Mətbuat Nümanyəndələri Assosiasiyasına istinadən bildirib ki, 32 yaşlı Şarlotta Peet sonuncu dəfə fevralın 8-də Rio-de-Janeyroda bir dostu ilə əlaqə saxlayıb.
Açıqlamada, WhatsApp üzərindən olan mesajlaşmada Peetin San-Pauluda olduğu, Rioya getməyi planladığı və dostundan qalmaq üçün yer soruşduğu bildirilir.
Onu qonaq edə bilməyən dostu sonradan Peetin ailəsindən qızları ilə əlaqəni itirdiklərini öyrənib.
Qeyd olunur ki, Peetin itkin düşməsi barədə Braziliya polisi fevralın 17-də məlumatlandırılıb. İlkin araşdırmanı Rio-de-Janeyrodakı Turistlərə Yardım Polisi aparıb, daha sonra iş itkin düşən şəxslərlə məşğul olan San-Paulunun Qətllər və Şəxsi Müdafiə Şöbəsinə (DHPP) təhvil verilib.
San-Paulunun ictimai təhlükəsizlik katibliyi CNN-ə göndərdiyi açıqlamasında bildirib ki, itkin düşən qadının yerini müəyyənləşdirmək və hadisənin detallarını aydınlaşdırmaq üçün tədbirlər görüLÜr.
Birləşmiş Krallığın Xarici İşlər, Krallıq və İnkişaf Ofisindən (FCDO) bir nümayəndə isə CNN-ə göndərdiyi e-poçtda "Braziliyada itkin düşən britaniyalı qadının ailəsinə dəstək veririk və yerli hakimiyyət orqanları ilə əlaqə saxlayırıq", - deyə bildirilir.
Elmina, BakuPost