Məşhur pop müğənni Britni Spirs yeni evlilik barədə açıqlama verib.
Bakupost.az xəbər verir ki, o, yeni postunda bu dəfə özü-özünə ərə getdiyini elan edib.
42 yaşlı müğənni ağ fata taxaraq “Bu gün mən özümə ərə getdim” deyə yazıb:
“Bu dəlilik, axmaqlıq kimi görünə bilər, amma həyatım boyu verdiyim ən ideal qərardır”.
Qeyd edək ki, Britni bu vaxta qədər 3 dəfə ailə qurub.
Aygün Musayeva, Bakupost.az