Ru
15:35 / 18 Aprel 2025

Bakı Şəhəri üzrə Təhsil İdarəsində yeni təyinatlar

Bakı Şəhəri üzrə Təhsil İdarəsində yeni təyinatlar
Eye

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) yeni təyinatlar həyata keçirilib.

Bu barədə Bakupost.az -a idarədən məlumat verilib.

Bildirilib ki, təyinatlar Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynovanın əmrinə əsasən Zinyət Əmirova BŞTİ-nin Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri, Kənan Hüseynov isə Təminat, təchizat və təsərrüfat sektorunun müdiri vəzifəsinə təyin edilib.

Bu təyinata qədər Z.Əmirova Dövlət İmtahan Mərkəzinin Səriştələrin və peşəkar potensialın qiymətləndirilməsi şöbəsinin Ümumi səriştələrin qiymətləndirilməsi sektorunda aparıcı və baş məsləhətçi vəzifələrində, Kənan Hüseynov isə MÜTDA-nın Maliyyə və təchizat şöbəsində böyük məsləhətçi vəzifəsində çalışıb.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar