Ru
20:31 / 18 Fevral 2025

"Bu, ABŞ-la münasibətlərin ən pis dövrü idi" - Uşakov

"Bu, ABŞ-la münasibətlərin ən pis dövrü idi" - Uşakov
960

Donald Trampın hakimiyyətə gəlişi ərəfəsində Rusiya ilə ABŞ arasında münasibətlər tarixinin ən pis dövrünü yaşayırdı.

Bakupost.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov “Rossiya 1” telekanalının “60 dəqiqə” verilişinin efirində deyib.

"Yəqin ki, münasibətlət Trampın vəzifəyə gəldiyi ərəfəsindəkindən daha pis olmayıb", - Uşakov dedi.

Fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtında baş tutan Rusiya-ABŞ görüşü bir sıra iqtisadi layihələr üzrə əməkdaşlığın bərpasına, eləcə də Ukrayna nizamlanması üzrə mümkün təmasların hazırlanmasına və iki prezident arasında görüşlərin təşkilinə həsr olunub.

Rusiya Federasiyasını danışıqlar masasında xarici işlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakov, ABŞ-ı isə milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts, dövlət katibi Marko Rubio və Amerika liderinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff təmsil edib.

İqtisadi məsələlərin müzakirəsi zamanı Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev görüşdə iştirak edib.

Danışıqlardan sonra Uşakov onun “pis getmədiyini” deyib: Moskva və Vaşinqton ikitərəfli münasibətləri inkişaf etdirməyə və bir-birinin maraqlarını nəzərə almağa razılaşıblar.

Uşakov əlavə edib ki, tərəflər Rusiya və ABŞ prezidentləri arasında görüş üçün şərait yaratmağa çalışacaqlar. Bundan əlavə, o qeyd edib ki, Rusiya və Amerikanın ayrı-ayrı danışıqlar qrupları Ukrayna ilə bağlı təmaslara başlayacaq.

Daha əvvəl Uşakov Tramp və Putinin söhbətindən sonra ABŞ və Rusiya arasında əlaqələrin inkişafını "unikal" adlandırıb.

Zaur, BakuPost

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar