ABŞ Prezidenti Donald Tramp yanvarın 29-da “Meta” korporasiyası ilə onun “Facebook” və “İnstaqram”da səhifələrinin 6 yanvar 2021-ci ildə Kapitoliyə hücumundan sonra bloklanması ilə bağlı müqavilə imzalayıb.
Bakupost.az bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti məlumat yayıb.
Məlumata görə, müqavilənin şərtlərinə əsasən şirkət sosial şəbəkələrdəki hesablarını blokladığı üçün Trampa 25 milyon dollar təzminat ödəyəcək.
Qəzetin yazdığına görə, işə xitam verilməsi ilə bağlı imzalanan bu müqavilə “Meta”nın təzminatın 22 milyon dollarını prezident kitabxanasının fonduna, qalan hissəsini isə məhkəmə xərclərinə yönəltməsini nəzərdə tutur.
Nəşr bildirir ki, korporasiya öz günahını açıq şəkildə etiraf etməyəcək.
Söhbət Trampın “Meta” və onun baş direktoruna Kapitoliya hücumundan sonra hesablarını blokladığı üçün açdığı 2021-ci il iddiasından gedir.
Qeyd edək ki, bundan əvvəl Mark Zukerberqin rəhbərlik etdiyi “Meta” korporasiyası Trampın andiçmə mərasiminə 1 milyon dollar bağışlamışdı.
Xatırladaq ki, yanvarın 29-da “Financial Times” qəzeti yazıb ki, “Meta”nın sahibi Mark Zukerberq ABŞ-nin yeni prezidenti Donald Trampla münasibətləri yaxşılaşdırmaq üçün Vaşinqtonda daşınmaz əmlak almaq imkanlarını araşdırır. Nəşr qeyd edir ki, milyarder öz biznesinə təsir edə biləcək sahələrdə, o cümlədən süni intellekt sahəsində hakimiyyət əldə etmək istəyir.
Bundan əvvəl Zukerberq jurnalist Co Roqanla söhbətində ABŞ prezidenti Co Baydenin administrasiyasının ona təzyiq göstərməyə çalışdığını, aktyor Leonardo Di Kaprio ilə COVID-19 pandemiyası ilə bağlı xatirəsini silməyə məcbur etdiyini bildirib.