Ru
18:57 / 29 Noyabr 2024

Bu agentlik 567 min manatlıq avtomobil alır

Bu agentlik 567 min manatlıq avtomobil alır
Eye

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi xidməti avtomobillər alır.
Bakupost.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı agentlik hazırlıqlara başlayıb.

Məlumata görə, satın alınacaq 14 ədəd sedan tipli xidməti minik avtomobili Sosial Xidmətlər Agentliyinin Aparatı və sosial xidmət müəssisələri üçün nəzərdə tutulub. Avtomobillərin istehsal ilinin 2023-cü il olması isə əsas şərtlərdəndir.

Agentliyə avtomobilləri "TOYOTA ABSHERON MERKEZI" Məhdud Məsuliyyətli Cəmiyyəti təhvil verəcək. Bunun müqabilində şirkətə 567 000 manat ödəniləcək.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar