Ru
21:08 / 20 Fevral 2025

Bu, Avropa ölkələri üçün əsas təhlükədir - Vens

Bu, Avropa ölkələri üçün əsas təhlükədir - Vens
Eye

ABŞ-ın vitse-prezidenti Cey Di Vens nəzarətsiz miqrasiyanı Avropa ölkələri üçün əsas təhlükə adlandırıb və ABŞ-da da oxşar vəziyyətin yaranma riski barədə xəbərdarlıq edib.

Bakupost.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

O, Mühafizəkarların Siyasi Fəaliyyət Konfransında (CPAC) çıxışı zamanı deyib ki, Qərb liderlərinin kütləvi miqrant axınına icazə vermək qərarı həm Avropanın, həm də ABŞ-ın təhlükəsizliyinə zərbə vurur.

Vens ABŞ-da demokratların hakimiyyətə qayıdışının ölkəyə genişmiqyaslı miqrasiyanın yenidən başlanmasına səbəb ola biləcəyindən narahatlığını ifadə edərək, Qərb sivilizasiyasını qorumaq üçün bu tendensiyanın dərhal dayandırılmasının vacibliyinə işarə edib.


Zaur,BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar