"Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır".
Bakupost.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında deyib. O bildirib ki, bu, Ermənistanın rəsmi mövqeyidir.
İndiki mərhələdə biz ölkələrimiz arasında sülhün möhkəm təməlinə çevrilə biləcək bir sıra fundamental məsələlər üzrə qərar qəbul etməliyik. Bu, bir-birimizin ərazi bütövlüyünün tanınması, bir-birinə qarşı ərazi iddiaları və gələcəkdə belə iddialarla çıxış etməmək öhdəliyi, güc tətbiq etməmək və bir-birinin daxili işlərinə qarışmamaq, diplomatik münasibətlər qurmaq və sülh müqaviləsi tərəflərinin üzərinə götürdükləri öhdəlikləri yerinə yetirmək üçün ikitərəfli mexanizmlərin yaradılması məsələsidir", - deyə Paşinyan bildirib.
Bu açıqlamadan sonra Azərbaycanın cavabının necə olacağı hər kəsə maraqlıdır. Görəsən həqiqətəndə bu ay Ermənistanla sülh müqaviləsi bağlanacaqmı?