Ru
13:01 / 10 Mart 2025

"Bu, Azərbaycan xalqına ən böyük xəyanət idi" - Millət vəkili

"Bu, Azərbaycan xalqına ən böyük xəyanət idi" - Millət vəkili
Eye

“Məlum olduğu kimi, 2020-ci ilin noyabrında Ermənistan kapitulyasiya zamanı öz üzərinə öhdəlik götürüb. Bu öhdəlik əsasında Zəngəzur dəhlizini, kommunikasiyaları açmalı idi. Ancaq hələ də bunu etməyib. Zəngəzur ümumən bolşeviklərin Azərbaycan xalqına ən böyük xəyanəti idi. Qədim Azərbaycan torpağı olan Zəngəzuru Ermənistana verməklə Naxçıvanla quru əlaqəsi kəsildi. Eyni zamanda Türk dünyasını bir-birindən ayırdı. Bu mənada Zəngəzur dəhlizinin açılması bizim tarixi ədalətin bərpa olunması deməkdir. Digər tərəfdənsə Türk dünyasının birləşdirilməsi deməkdir”.

Bunu Bakupost.az -a millət vəkili Aydın Hüseynov deyib.

O bildirib ki, Zəngəzur dəhlizi çox böyük iqtisadi mahiyyət kəsb edir. Çünki Orta dəhliz üzərində ən önəmli seqmentlərdən biridir. Avropadan Şərqə və Şərqdən Avropaya daşınan yüklər üçün ən optimal, iqtisadi baxımdan səmərəli layihədir. Əgər okean vasitəsilə Şərqdən Avropaya yüklər 65 günə daşınırsa, buradan 17 günə daşınır. Bu, çox əhəmiyyətli bir məsələdir.



Millət vəkilinin dediyinə görə, Azərbaycanla Ermənistan arasında daimi sülhün əldə edilməsi üçün Zəngəzur dəhlizinin açılması vacib şərtlərdən biridir. Ermənistan Azərbaycanın beynəlxalq hüquqa söykənən bu tələbini sözsüz yerinə yetirilməlidir: “Ermənista nözünü dünya iqtisadiyyatından, Azərbaycanın həyata keçirdiyi böyük layihələrdən və kommunikasiyalardan təcrid edib. Zəngəzur dəhlizinin açılması Ermənistan üçün çıxış yoludur".

Sevinc,
BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar