"Azərbaycan Mərkəzi Bankı (AMB) İran Milli Bankının Bakı filialında yoxlama tədbirləri həyata keçirib. Bankda bəzi çatışmazlıqlar aşkar olunub".
Bakupost.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov mətbuat konfransında deyib.
Baş bankir bildirib ki, bu çatışmazlıqların aradan qaldırılması üçün tapşırıqlar verilib: “Hazırda AMB orada görülən işlərə nəzarət edir. Bankın maliyyə dayanıqlığı göstəriciləri hər hansı bir təhdid yaratmır”.