Ru
21:11 / 02 İyul 2024

"Bu çağırış riyakarlığın yeni nümunəsidir” - Açıqlama

1524
"AŞPA və ABŞ Konqresinin Azərbaycana qarşı yürütdüyü məkrli siyasət və söylənilən fikirlərin üst-üstə düşməsi onların bir mərkəzdən idarə olunduğunu aydın göstərir. Belə ki, ABŞ Konqresinin 48 üzvü və AŞPA eyni gündə Dövlət katibi Entoni Blinkenə çağırış edib və işğaldan azad olunan Azərbaycan torpaqlarında “erməni milli irsinin” təhlükə altında olduğunu bildiriblər. Guya 500 erməni mədəni irsi məhv edilməkdədir və onların qorunması üçün ciddi tədbirlər görülməlidir. Bu çağırış riyakarlığın yeni nümunəsidir və əlbəttə ki, heç bir əsası yoxdur. Çünki işğal altında olmuş Azərbaycan torpaqlarında ümumilikdə göstərilən sayda tarixi-dini abidə yoxdur. Olan abidələrdən isə 67-si məscid, 144-ü məbəd, 192-si ziyarətgahlardır ki, onlar da azərbaycanlılara məxsusdur. Mövcud məscidlərimizin 63-ü erməni təcavüzkarları tərəfindən tamamilə dağıdılıb, 4-ü isə yararsız vəziyyətə salınıb. Belə olan halda görəsən AŞPA və ABŞ Konqresinin üzvləri hansı faktlara əsaslanır və nədən yersiz iddialar irəli sürürlər?”

Bu fikirləri Bakupost.az -a mİllət vəkili Tahir Rzayev bildirib.
Onun sözlərinə görə, erməni puluna satılan və siyasətçi nüfuzlarını alçaldan bu insanlar uzun illər işğal altında saxlanılan torpaqlarımızın, dağıdılan şəhər və kəndlərimizin, məhv edilən tarixi, dini abidələrimizin taleyi barədə heç zaman çağırışlar etməyiblər:

"Onlar təcavüzkara dəstək verməklə Azərbaycanın qələbələrinə, inkişafına, sülh, azadlıq və əməkdaşlıq mübarizəsinə kölgə salmaq istəyirlər. Ermənipərəst mövqe tutan həmin dairələr yanılırlar və onların saxta çağırışları əhəmiyyətsizdir. Dövlətimiz və Prezident beynəlxalq normalara əsaslanan siyasət həyata keçirir. Real faktlar ortaya qoyur, gücünü, birliyini nümayiş etdirir. Diktələrə, yalan təsirlərə, saxta çağırışlara əhəmiyyət vermir və məkrli siyasət yürüdənlərin cavabını vaxtı gələndə öz uğurlu gedişləri ilə verir, haqsızı yerində oturtmağı bacarır. Belə çağırışlar isə bəşəriyyətin gələcəyinə sayğısızlıq, dövlətin suverenliyinə təhdid, beynəlxalq normalar hörmətsizlik, ilk növbədə isə ədalətsizlikdir”.


Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər