Ru
18:34 / 13 Fevral 2025

"Bu cür danışıqları qəbul etməyəcəyik" - Zelenskidən xəbərdarlıq

 "Bu cür danışıqları qəbul etməyəcəyik" - Zelenskidən xəbərdarlıq
733

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trampın əvvəlcə Kremlin rəhbəri Vladimir Putinə, daha sonra isə Kiyevə zəng etməsinə münasibət bildirib.

Bakupost.az xəbər verir ki, o, bu barədə “Azadlıq” radiosunun jurnalistlərinə şərh verib.

“Əslində bu, heç də. Zəng zəngdir, mən hər şeyi başa düşürəm, amma bizim üçün Ukrayna və Amerika arasında görüşlər prioritetdir və yalnız belə görüşlərdən sonra Putini necə dayandıracağımız barədə plan hazırlamalıyıq”, - deyə Ukrayna prezidenti bildirib.

Zelenski həmçinin bildirib ki, Ukrayna Kiyevin iştirakı olmadan heç bir ikitərəfli sülh danışıqlarını qəbul etməyəcək.

Zaur, BakuPost


Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar