Hansı bank etibarlıdır? - SORĞU
Ru
12:34 / 02 İyul 2024

Bu deputatlar yeni Milli Məclisdə olmaya bilər - ADLAR

23542
Sentyabrın 1-də keçiriləcək növbədəkənar seçkilərlə formalaşacaq VII çağırış Milli Məclisdə bir sıra tanınmış deputatlar yer almaya bilər.

Bakupost.az “AzPolitika”-ya istinadla bildirir ki, buna səbəb yaş faktoru, millət vəkili kimi fəaliyyətlərinin hakim partiyanı qane etməməsi və digər səbəblərdir.

Məlumatda qeyd olunur ki, yeni Milli Məclisdə keçmiş spiker Oqtay Əsədovun, Naxçıvan MR Ali Məlisinin keçmiş sədri Vasif Talıbovun, deputatlar Ülviyyə Həmzəyevanın, Aqiyə Naxçıvanlının, akademik Ziyad Səmədzadənin, Eldar İbrahimovun, Könül Nurullayevanın və İqbal Məmmədovun yer almayacağı gözlənilir.

Mənbələr bildirirlər ki, 114 saylı Şəki şəhər Seçki Dairəsindən seçilmiş iqtisadçı alim, deputat Əli Məslimli də mandat almaya bilər. MSK-nın apardığı yerdəyişmələr nəticəsində bu dairə ləğv olunub, seçki məntəqələri isə digər dairələrin hüdudlarına daxil edilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar