Nərimanov rayonunun bəzi küçələrində qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.
Bakupost.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Bildirilib ki, Nərimanov rayonunda yol tikintisi ilə əlqədar olaraq qaz xəttinin yerinin dəyişdirilməsi işləri həyata keçiriləcək.
Bu səbəbdən fevralın 14-ü saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Ə.Əliyev 63 və Ə.Əliyev 26 küçələrində yaşayan istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.