Sabaha gün ərzində Bakının Sabunçu rayonu ərazisinin bir hissəsinə içməli suyun verilməsində fasilə yaranacaq.
Bakupost.az "APA-Economics"ə istinadən xəbər verir ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.
Məlumata görə, buna səbəb ərazini içməli su ilə qidalandıran boruda təmir işlərinin aparılmasıdır.