Hansı bank etibarlıdır? - SORĞU
Ru
12:35 / 25 Oktyabr 2024

“Bu, Fransanın Azərbaycana hücumu ilə nəticələnə bilər" - ŞƏRH

770
“COP29-dan istifadə edib Qərb Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına nail olmaq istəyirdi. Azərbaycan da buna razı idi.COP29-a qədər Ermənistanla sülh müqaviləsinin imzalanmasına Azərbaycandan etirazlar yox idi. Rəsmi Bakının yeganə tələbi o idi ki, Ermənistan konstitusiyasında dəyişiklik edilərsə, tez bir zamanda sülh müqaviləsini imzalamaq mümkün olacaq”.





Bu fikirləri Bakupost.az -a politoloq Zaur Məmmədov Bakupost.az-a bildirib.

O qeyd edib ki, Qərbin sülhlə bağlı xüsusi maraqları var idi:

“Qərb sülh müqaviləsinin imzalanmasından sonra Ermənistanın daha iri addımlarla Avropaya inteqrasiyasına şərait yaratmaq niyyətində idi. Bu, Cənubi Qafqazın Qərbə inteqrasiyasına xidmət edə bilərdi. ABŞ hərbi bazasının Ermənistanda yerləşdirilməsi kimi məsələlər müzakirə obyekti idi. Artıq bu, real ola bilərdi. Ermənistanın Avropaya inteqrasiyası ilə bu ölkədə ABŞ hərbi bazasının yerləşdirilməsi anlayışları fərqlidir. Bu gələcəkdə NATO hərbi bazaları adı altında Fransanın bölgədə Azərbaycana qarşı hücuma keçməsi ilə nəticələnə bilər”.

Politoloq vurğulayıb ki, Ermənistan tərəfi və Qərb COP29-dan sonra da müəyyən dövr sülh danışıqlarını imitasiya edəcək. Məhz imzalanacaq sülh razılaşmasından sonra Ermənistanın Qərbdəki tərəfdaşları ilə yeni bir hiyləyə əl atması istinsa edilmir.

Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar