Azərbaycan Ordusunun 4-cü Ordu Birliyinə (Bakı Korpusu) yeni komandir təyin olunub.
Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.
Əmrə əsasən, general-mayor Akif Pirverdiyev 4-cü Ordu Birliyinin komandiri vəzifəsinə gətirilib.
Birliyin bundan əvvəlki komandiri general-mayor Münasib Babayev idi.