Ru
10:02 / 27 Mart 2025

Bu gün Beynəlxalq Teatr Günüdür

Bu gün Beynəlxalq Teatr Günüdür
Eye

Bu gün bütün dünyada Beynəlxalq Teatr Günü kimi qeyd olunur.

Bakupost.az xəbər verir ki, Beynəlxalq Teatr İnstitutunun 1961-ci ildə Vyanada keçirilmiş IX konqresində qəbul edilmiş qərara əsasən təsis olunan bu əlamətdar gündə görkəmli teatr xadimləri ictimaiyyətə müraciət ünvanlayırlar.

Yaranmasının 152-ci ildönümü qeyd edilən Azərbaycan teatrı da bu illər ərzində böyük inkişaf yolu keçib.

1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası nümayiş etdirilib. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyulub.

Prezident İlham Əliyevin 2013-cü il 1 mart tarixli sərəncamı ilə ölkəmizdə “Milli Teatr Günü” təsis edilib. Sərəncama əsasən hər il martın 10-u Azərbaycan Respublikasında “Milli Teatr Günü” kimi qeyd edilməsi qərara alınıb.

Azərbaycan milli teatrı ötüb-keçən onilliklər zamanı mühüm inkişaf yolu keçmiş, onun məzmun və forma mündəricəsi zənginləşmiş, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Nəcəf bəy Vəzirov, Cəfər Cabbarlı kimi qüdrətli qələm sahibləri, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Hüseyn Ərəblinski, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Mustafa Mərdanov, Məmmədrza Şeyxzamanov, Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, Lütfəli Abdullayev, Nəsibə xanım Zeynalova, Mərziyə xanım Davudova kimi görkəmli səhnə ustalarını yetişdirib.

Bu illər ərzində teatrlarımız dünyanın 20-dən artıq ölkəsində, o cümlədən ABŞ, Almaniya, Türkiyə, Rusiya, Belarus, Gürcüstan, Fransa, Mərakeş, Finlandiya, İran, Misir, Hollandiya, Estoniya, Bolqarıstan, Ukrayna, Türkmənistan, Tacikistan, Başqırdıstan, İsveçrə, Moldova və Serbiyada keçirilən beynəlxalq tədbirlərdə Azərbaycanı layiqincə təmsil ediblər.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar