Ru
11:30 / 19 Mart 2025

"Bu gün də Xankəndidə erməni əhalisi var, onlara söz deyən yoxdur” - Video

"Bu gün də Xankəndidə erməni əhalisi var, onlara söz deyən yoxdur” - Video
Eye

"Biz burada məskunlaşdırılmış erməni əhalisinə də o vaxt təklif etmişdik ki, gəlin, Azərbaycan Bayrağı altında yaşayın, Azərbaycan vətəndaşlığını qəbul edin və burada sizə söz deyən olmayacaq”.


Bakupost.az xəbər verir ki, bunu Prezident İlham Əliyev ötən gün Ağdərə rayonunun Həsənriz kəndində sakinlərlə görüşündə bildirib.

“Bu gün də Xankəndi şəhərində erməni əhalisi var, onlara söz deyən yoxdur, əksinə, bizim sosial işçilərimiz onlara qayğı göstərirlər. Bax bizim xalqımızın böyüklüyü bundan ibarətdir. Onlar isə bizi bu torpaqlardan, qədim torpaqlarımızdan didərgin salmışdılar, soyqırımı törətmişlər, Azərbaycan xalqına olmazın əzablar vermişdilər, xalqımızın böyüklüyü məhz bundadır. Biz haqlı olan tərəfik, həm işğal dövründə öz haqq səsimizi ucalda bilmişik və bütün dünyaya sübut edə bilmişik ki, bu, bizim tarixi və hüquqi torpağımızdır”, - dövlət başçısı qeyd edib.

Prezidentin həmin çıxışının videosunu təqdim edirik:



Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar