Ru
11:21 / 01 İyul 2024

“Bu günü gənclərə hədiyyə etsək, yaxşı olar...”- 20 Yanvar şəhidinin qardaşı

1382
30 iyun 20 Yanvar şəhidləri İlham və Fərizənin toy günü 2004-cü ildən hər il Azərbaycanda qeyri-formal olaraq, “Sevgililər Günü” kimi qeyd olunur.

Bakupost.az -a açıqlamasında İlham Allahverdiyevin qardaşı Elxan Allahverdiyev 30 iyunun getdikcə gənclərdə maraq oyatdığını bildirib.

O, hər il olduğu kimi bu il də İlham və Fərizənin məzarını ailəlikcə ziyarət etdiklərini bildirib və 30 iyunun rəsmi olaraq “Sevgililər Günü” kimi təsdiq ediləcəyinə ümid etdiyini deyib:

“Bununla bağlı müraciətlərimiz olub və ümid edək ki, hər şey yaxşı olacaq. İlham və Fərizənin məzarını sevgililər, toyu olan bəy və gəlinlər indi də ziyarət edir. Bu gün bizə lazım olan odur ki, bunu sevgi günü kimi gənclərə hədiyyə edək. Onların adına park da salmaq olar”.

Qeyd edək ki, İlham və Fərizə 1989-cu il martın 19-da nişanlanıblar. 1989-cu il iyunun 30-da isə toyları olub. 1990-cı il 20 Yanvar hadisəsi zamanı İlham şəhid olduqdan sonra bu həsrətə dözməyən Fərizə də zəhər içərək özünü öldürüb.




Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər