Ru
13:58 / 02 İyul 2024

“Bu hadisədə qadının heç bir günahı yoxdur” - Ginekoloq - VİDEO

2058
“Burda problem kişidədir. Uşağın qız və oğlan olmasının qadınla heç bir əlaqəsi yoxdur. Çünki normalda qadınlarda XX, kişilərdə isə oğlan xromosumu XY xromosomudur. Bu da ancaq kişilərdə olur, yəni kişinin sperması ilə qadının yumurtası mayalandıqda kişi yumurta hüceyrəsinə X xoromosomunu ötürürsə qız, Y xromosomunu ötürürsə, oğlan doğulur. Yəni burda əsas cinsiyyəti təyin edən kişi xromosomlarıdır”.




Bunu Bakupost.az -a açıqlamasında ginekoloq Gülnar Ağayeva qız uşağı dünyaya gətirdiyi üçün 36 yaşlı Tahirənin küçəyə atılması haqda danışarkən deyib.

Onun sözlərinə görə, kişilərin bunun günahını qadında görməsi düzgün deyil:

“Quranda da yazılıb ki, “qadınlar sizin tarlanızdır, nə əkirsiniz, onu da biçirsiniz”. Ona görə də qadını qız uşağına görə haqsız yerə ittiham etmək, küçəyə atmaq doğru deyil. Burda yazıq qadının heç bir günahı yoxdur”.



Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər