Ru
14:45 / 17 Mart 2025

“Bu, hələ sülh sazişinin imzalanması demək deyil” - Millət vəkili

“Bu, hələ sülh sazişinin imzalanması demək deyil”  - Millət vəkili
Eye

“Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətni üzrə danışıqların yekunlaşması hələ onun imzalanması demək deyil. Konstitusiya dəyişikliyi edilmədən Azərbaycanın sülh sazişinə imza atmayacağı aydındır. Bəli, saziş layihəsinin mətni üzrə danışıqlar yekunlaşıb. Həmin danışıqlarda Azərbaycan öz tələblərini qəti şəkildə irəli sürüb. Əgər Ermənistan regionda sülhdə maraqlıdırsa, o zaman tələblərin yerinə yetirilməsi istiqamətində əməli addımlar atmalıdır”.

Bu fikirləri Bakupost.az -a millət vəkili Elçin Mirzəbəyli bildirib.

O qeyd edib ki, Ermənistan Konstitusiyasında dəyişiklik edilməli, Azərbaycana qarşı ərazi iddiasına son qoyulmalıdır. Əslində bir ölkənin digər ölkəyə qarşı ərazi iddiasının rəsmi şəkildə davam etməsi halında imzalanan saziş etibarlı ola bilməz:



“Ötən zaman kəsiyində ərazilərimizdə bizim vətəndaşlara qarşı törədilən bütün cinayətlərə görə məsul olan şəxslər Azərbaycana təhvil verilməlidir. Həmin şəxslərin ədalət məhkəməsi qarşısında dayanması təmin olunmalıdır. Tarixə yalnız ədalətli mühakimə ilə qiymət vermək mümkündür. Bu, artıq müəyyən zaman kəsimində qaranlıq səhifələrin bağlanmasına zəmin yaradacaq”.

Sevinc,
BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar