Cari ilin əvvəlindən bu günədək Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qida toksikoinfeksiyası şübhəsi ilə 503 nəfər qəbul edilib.
Bu barədə Bakupost.az-a Kliniki Tibbi Mərkəzdən bildirilib.
Zəhərlənən şəxslərdən 8 nəfər botulizm səbəbi ilə Toksikologiya şöbəsinə yerləşdirilib, stasionar müalicələri aparılıb. Ölüm halı qeydə alınmayıb.
Qəbul edilən şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərildikdən sonra evə buraxılıb.
Aygün, BakuPost