Ru
18:30 / 07 Fevral 2025

“Bu insanların deportasiyası Rusiyaya xeyir gətirməz” - Millət vəkili

“Bu insanların deportasiyası Rusiyaya xeyir gətirməz” - Millət vəkili
796


“Məlum olduğu kimi, Rusiyada qeyri-leqal yaşayan insanlar barəsində tədbirlər görüləcək. Bizim xeyli sayda vətəndaşımız işləmək üçün Rusiyaya gediblər. Rusiya iqtisadiyyatına, elminə, inkişafına xeyir verən insanlardır. Ona görə də ümid edirəm ki, onların orada qalması sözügedən ölkə üçün problem yaratmaz”.

Bunu Bakupost.az -a millət vəkilı Elman Məmmədov deyib.

O qeyd edib ki, vətəndaşlığı olmayanlar, miqrant kimi, müvəqqəti işləmək üçün gedənlərin Rusiyanın müvafiq qurumları tərəfindən qeydiyyata alınması, işləməyə şərait yaradılması vacibdir:


"Dövlət də bu məsələdə maraqlıdır. Çünki bu insanların sayı az deyil, minlərlədir. Bu insanların deportasiya olunması Rusiyaya xeyir gətirən məsələ deyil. Həmçinin bu, Azərbaycan üçün müəyyən çətinliklər yarada bilər. Buna görə də Azərbaycan dövləti də, dövlət qurumları da Rusiya ilə mütəmadi olaraq iş aparır. Hansı ölkənin vətəndaşı olursa-olsun, onlar haqqında, yəqin ki, Rusiya dövləti öz qanunlarına uyğun olaraq tədbirlər görəcək. İnanıram ki, bu tədbirlər o insanların xeyrinə olacaq”.

Sevinc,
BakuPost

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar