Ru
11:08 / 26 Noyabr 2024

Bu instituta direktor əvəz təyin olundu

Bu instituta direktor əvəz təyin olundu
Eye

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutuna (AZSTANDART) direktor əvəz təyin olunub.

Bakupost.az xəbər verir ki, bu, İnstitutun direktor müavini olan Kəmalə Məmmədzadədir.

O, AZSTANDART-ın rəhbərliyində bir qədər əvvəl Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini təyin edilmiş İlham Bayramovu əvəz edib.

Xatırladaq ki, AZSTAND ölkə prezidentinin 10 fevral 2017-ci il tarixli fərmanı ilə yaradılıb. Onun nizamnamə kapitalı 3,323 milyon manatdır. İnstitut standartların hazırlanması, tətbiqi, bu sahədə beynəlxalq təşkilatlarda təmsilçiliklə məşğuldur.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar